“Onları Allaha tapşırıram” - Hacı Əliyev

onlari-allaha-tapsiriram
Oxunma sayı: 2774

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə “İnstagram” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, mundialdan medalsız ayrılmasından və ona qarşı olan haqsızlıqlardan yazıb: “Bu gün dünya çempionatından əliboş dönürəm. Amma haqqıma girənləri Allaha tapşırıram. Başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil hər şey qarşıdadır”.

Xatırladaq ki, ötən gün Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər, idmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.