“Onları asıb-kəsə bilmərəm” - Roman Qriqorçuk

onlari-asib-kese-bilmerem
Oxunma sayı: 898

Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ilk öncə oyun haqda fikirlərini bildirib:

“Dərin təhlilə baş vurmaq istəmirəm. Əlbəttə, istədiyimiz nəticə deyil. Ancaq bu, faciə deyil. Heç bir futbolçumu tənqid etməyəcəm. Çünki futbola münasibətlərindən olduqca razıyam. Lakin bütün bunlar nəticədə də əks olunmalıdı. Əla başlamışdıq. Yaratdığımız imkanları qaçırdıq. Biz vurmadıq, əvəzində rəqibə qol hədiyyə etdik.

- Çoxdandı Qəbələdə bu cür ab-hava yox idi: klub prezidenti də gəlmişdi, azarkeşlər də müdhiş idilər. Ancaq futbolçularda bu məsuliyyəti görmədik.

- Qətiyyən razılaşmıram. İnanılmaz motivasiyaları var idi.

- Ancaq komandanızın kapitanı Cavid Hüseynov bərbad futbolla yadda qaldı. Qismət Alıyev faciəvi oynayırdı. Məgər bu, məsuliyyətsizlik deyil?

- Əgər futbolçu kobud səhv edirsə, qol imkanını qaçırırsa, bu, məsuliyyətsizlik deyil. Bu, futbolun tərkib hissəsidi. Bu səhvlərə görə yetirmələrimi asıb-kəsə bilmərəm.

- Bu cür nəticədən sonra komandaların şansları barədə fikirləriniz maraqlıdı.

- Proqnoz verməyəcəm. Ancaq faciə baş verməyib. Necə olacağını deyə bilmərəm. Yenə mübariz ruh nümayiş etdirməliyik. Çünki səfərdə minimum 2 qol vurmalıyıq.

- Daim qeyd edirsiniz ki, məşqlərdə ən yaxşı tərəfdən özlərini göstərənlər start heyətində yer alır. Vernidubun yoxluğunda da Rasim Ramaldanova şans tanımadınız. Ramaldanovda nə çatışmır ki, ona şans vermirsiniz?

- Bu mövzuda mübahisə etməyəcəm. İstənilən futbolçunu meydana buraxmazdan əvvəl geniş müzakirələr aparırıq. Rasim bu gün oynamadısa, sabah oynaya bilər.