Onları da Eser ayırıbmış

onlari-da-eser-ayiribmis
Oxunma sayı: 639

Xəbər verdiyimiz kimi, Türkiyənin iki məşhur ulduzu Murad Dalkılıç və Merve Boluğur boşanıb. 

“Qafqazinfo” xəbər verir ki, artıq onların ayrılma səbəbi də məlum olub. 

İddia edilir ki, Merve Muradın boşanmağının səbəbkarı komediya aktyoru Eser Yenenlərdir. Belə ki, Dalkılıç aktrisa xanımı ilə mübahisə edib və dostu Esergilə gedib.  

Aktyor bir neçə saat sonra xanım dostlarını öz evinə dəvət edib. Həmin gecədən xəbərdar olan Merve boşanmaq barədə qəti qərara gəlib. 

Qeyd edək ki, Murad Boz və Aslı Enver cütlüyünün ayrılmağının səbəbkarı da Eser Yenerlər olduğu iddia edilmişdi.