“Onları keçməyə gücümüz çatar”

onlari-kecmeye-gucumuz-catar
Oxunma sayı: 654

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Astra” klubu ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı mütəxəssis “Dalğa Arena”da jurnalistlərin suallarını cavablandırıb:

- Bizi sabah çətin oyun gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq. Oyunda gözlədiyimiz qolları buraxdıq. Bizim üçün kubok mübarizəsinin ilk 90 dəqiqəsi bitdi. Sabah 2-ci 90 dəqiqədir. İnanıram ki, azarkeşlərimizin dəstəyi nəticəsində komanda olaraq üzərimizə düşən vəzifənin öhdəsindən gələ biləcəyik. 

- Komanda bu oyuna psixoloji baxımdan nə dərəcədə hazırdı?

- Bizə qol lazımdır. Ancaq irəli atmaq da olmaz. Çünki qol buraxsaq, işimiz daha çətin olacaq. Hələ "Astra" ilə oyundan dərhal sonra futbolçularımıza dedim ki, ardıcıl iki çətin səfər matçı keçirdik. Onlara dedim ki, ruhdan düşməyin. İnanıram ki, həm təcrübəli futbolçularımız, həm də legionerlərrmiz qarşıdakı oyunda işimizə yarayacaqlar.

- “Astra” ilk oyunda bizi standart vəziyyyətlərdə məğlub etdi. Buna qarşı bir məlhəm varmı?

- Futbolda “bacarmıram” deyilən bir şey yoxdu. Stardart vəziyyətlər üzərində çalışmışıq. Futbolçularımız səhvləri gördülər. Çalışacağıq ki, bunlar təkrarlanmasın. “Astra” səhvləri bağışlamır. 

- Cavab oyununda taktiki planda yeniliklər olacaq?

- İndi rəqibi daha yaxşı tanıdıq. "Astra"da heyətdə çox dəyişiklik olub. Rəqibin yoxlama oyunlarını analiz etsək də, bu, hər şeyi göstərmir. "Astra" bura gələnədək çempionatda qalib gəlib. Düzdür, baş məşqçi bu oyunda bütün futbolçuları oynatmayıb. Bu da normaldı. Bu həftə taktiki məşqlər etmişik. Futbolçularımız bərpa olunub. Çalışacağıq ki, sonadək mübarizə aparaq.

- Start heyətini müəyyənləşdirmişsiniz?

- İki gündü rmüəyyənləşdirmişik. Bir-iki mövqe var ki, bizə maraqlıdır. Yəqin ki, start heyətində yanılmarıq.

- "Zirə" debütant olaraq missiyasını yerinə yetirdi. "Astra"nı keçməyi nə dərəcə real sayırsınız, yoxsa cavab matçı ölkəmizin reytinqini artırmaq daha önəmli olacaq?

- "Zirə" "Astra"nı keçmək gücündədir. Bu olmasaydı, etiraf edərdim. Avropa Liqası bizim üçün böyük təcrübədir. Gücümüz çatanadək turnirdə irəliləyəcəyik. Bunu əvvəl də demişik. Məncə, "Astra"nı keçməyə gücümüz çatar.