“Onları topsuz qoymağı tapşırmışdım”

onlari-topsuz-qoymagi-tapsirmisdim
Oxunma sayı: 1097

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan və İspaniya komandaları qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, yığmamız bu matçda 0:1 hesabı ilə uduzub.

Matçdan sonra hər iki məşqçi oyun haqqında fikirlərini bildirib:

Joze Alesio da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik.

Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.

Xose Venansio Lopes (İspaniya millisinin baş məşqçisi): “İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi. Rəqibimizə isə heç-heçə edə kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın. Onları topsuz qoymağı tapşırmışdım. Çünki Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdu. Çətin olsa da, bunu bacardıq. Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”.