Onların 2 ili tamam oldu

onlarin-2-ili-tamam-oldu
Oxunma sayı: 672

“Sputnik Azərbaycan” Agentliyinin Azərbaycanda fəaliyyətə başlamasının 2 ili tamam olur.

“Qafqazinfo” xəbər verir ki, agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir.

“Sputnik Azərbaycan” onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. 

Ümumilikdə, “Sputnik” beynəlxalq şəbəkəsi 30 dildə saytı, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.