Onların da toyu bu gündür

onlarin-da-toyu-bu-gundur
Oxunma sayı: 654

Bu gün əməkdar artist Abbas Bağırovdan başqa, Xalq artisti Aygün Bayramovanın da toyu olacaq. 

“Qafqazinfo” xəbər verir ki, 49 yaşlı muğam ifaçısının toy mərasimi Bakının məşhur otellərindən birində baş tutacaq.

Müğənni İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə nikah masasına oturacaq. Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. 

Artıq baba olan 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.