Onların sevgili olduğu deyilir

onlarin-sevgili-oldugu-deyilir
Oxunma sayı: 2936

“Fox TV”də yayımlanan “Yasaqlanmış alma” (“Yasak elma”) serialının iki baş rol qəhrəmanı – “Ulduz”la “Əlixan”ın sevgili olduqları iddia olunur.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, aktrisa Eda Ece ilə aktyor Onur Tuna bu xəbəri hələ ki, nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, ötən ay Bebek sahilində həmkarı ilə birlikdə görüntülənən E. Ece jurnalistlərə “Məni Onurla tək çəkməyin, yanlış anlaşılma ola bilər” deyib.