“Onlarla söhbətimdən sonra qəti qərar verəcəm” - Qurbanov

onlarla-sohbetimden-sonra-qeti-qerar-verecem
Oxunma sayı: 2499

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda Belarus yığmasına 0:1 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 
 
- İstəməzdim məğlub olaq. Ancaq nə qədər tez məğlub olsaq, bir o qədər tez səhvləri düzəldərik. Ümumilikdə oyundan razı qaldım. Qol epizodlarımız oldu. Uşaqları da başa düşürəm. Həyəcanlı idilər. Qarşıdakı oyunlar bundan da çətin olacaq. Azarkeşlərimizə də bizə dəstək olduqları üçün minnətdaram.
 
- Araz Abdullayev və Elvin Yunuszadənin 23-lükdə olmaması nə ilə bağlı idi?
- Bəzən futbolçularda xırda xətalar olur. Bu da belə xətalardan idi.
 
- Oyndan razı qaldığınızı bildirdiniz. Bəs, nədən narazı qaldınız?
- İlk növbədə nəticədən. İkincisi də ki, birəbir mübarizələrdən bir qədər narazı qaldım.
 
- Adlarını çəkdiyiniz futbolçular Antalyaya aparılacaqmı?
- Ola bilər ki, biri aparılmasın. Hotelə qayıtdıqdan sonra söhbətim olacaq. Bundan sonra qəti qərarımı verəcəm.
 
- U-21 yığmamızın dünənki oyununu izləmisinizsə, fikirləriniz maraqlıdı...
- Canlı baxdım. Açığı, oyundan razı qaldım. Çünki məşqçinin istədiyini futbolçular həyata keçirirsə, biz bundan razı qalırıq. İntizamlı futbol gördüm. Bu cür hava şəraitində mübarizə aparmaq çətindi.
 
- Fasilədə və fasilədən sonra xeyli əvəzetmələrə əl atdınız. Maraqlıdı, hansı 45 dəqiqə daha çox ürəyinizcə oldu?
- Bir az fərqli cavab verim. Təqribən 65-70-ci dəqiqəyədək sərgilədiyimiz futbol əvvəlcədən hazırladığımız plana əsasən idi. Ancaq sonra yorğunluq sözünü dedi.