Onu belə görməmişdiz... - Fotolar

onu-bele-gormemisdiz
Oxunma sayı: 10115

Xəzər TV-də “Ənənə boğçası” proqramının aparıcısı Leyla Mustafayeva instaqramda paylaşdığı maraqlı fotolarla diqqət çəkib.  “Qafqazinfo” xəbər verir ki, tanınmış aparıcı istirahət üçün Taylanda səfər edib. 

Müxtəlif şəhərləri gəzən Leyla sosial şəbəkədə tətil zamanı lentə alınan fotoları izləyiciləri ilə bölüşüb. O, şəkillərə “Dünyanı dolaşın. Görə biləcəyiniz bütün röyaların ən möhtəşəmi”, “Pul xərcləyərək sizi zəngin edən tək şey-səyahətdir”, “Getdiyin yerlərdən yeni xatirələr al və sadəcə ayaq izlərini burax”, “Səyahət etmək mikrobdur, sizə bir dəfə yoluxdusa, artıq müalicəsi yoxdur” kimi şərhlər yazıb.