“...Onu heç kim işə qəbul etməyəcək” - Siyavuş Novruzov

“...Onu heç kim işə qəbul etməyəcək”
Oxunma sayı: 7928

“Bu gün çoxlu sayda elmlər doktoru var. Amma gərək dövlət həmin şəxslərin elminin nəticəsindən xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bu qədər adların əhəmiyyəti yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu  Milli Məclisin yaz sessiyasında çıxış edən deputat Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsində deyib. O qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir: “Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əmək haqqı ilə tələb olunur”.

Deputat təəssüflə bildirib ki, SSRİ-nin dağılmasından sonra SOCAR istisna olmaqla bu cür mütəxəssislər yetişdirilmir: “Ona görə hesab edirəm ki, bu sahədə hazırlanmış qanun vacib və zəruridir. Biz sözügedən qanuna səs verib onu qəbul etsək, peşə təhsili ali təhsillə rəqabətə girər”.

Qanun layihəso birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi