“Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub”

onu-iller-evvel-dinlemisem-ve-qelbime-toxunub
Oxunma sayı: 1875

Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, o, məşhur “Wicked game” mahnısını repertuarına daxil edib.  

Rejissor Lev Efimovun ekranlaşdırdığı klipdə aktrisa Diana Pojarski rol alıb. Layihə bu gün sənətçinin rəsmi “Youtube” kanalına yerləşdirilib. 

“Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub. Onu çoxdan oxumaq istəyirdim, amma indiyə qismət oldu”- deyə ağalarov qeyd edib. 

Bundan əlavə, sözügedən mahnı Xalq artistinin ingilis dilində işıq üzü görən “Good Love” albomuna daxil edilib.