“Onu ömür boyu yanımda görmək istəyirəm”

onu-omur-boyu-yanimda-gormek-isteyirem
Oxunma sayı: 2373

“O, günün bütün saatlarında sizi təmənnasız sevir. Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli instaqram səhifəsində yazıb. O, sosial şəbəkədə anası İlhamə Hüseynova ilə fotosunu paylaşaraq onun ad gününü təbrik edib:

“Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım”.