“Onu qatar vurandan sonra çox dəyişmişdi”

“Onu qatar vurandan sonra çox dəyişmişdi”
Oxunma sayı: 1140

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə şahid Elşad Mehdiyev deyib ki, qardaşının ölümü haqda məlumatı onun meyiti morqda olanda alıb: "Hadisə də necə olub bilmirəm. Fərhad içki içən adam idi, amma kiməsə zərər verən adam deyildi. 

Qardaşım uzun müddət Rusiyada yaşayıb, orada işləyirdi. Sovet vaxtı Azərbaycanda tutulub, həbsdə yatmışdı". 

E.Mehdiyev şikayəti olmadığını, cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Şahid Cəmilə Mehdiyeva R.Məmmədovun qonşusu olduğunu deyib : "Rəcəb heç vaxt tərbiyəsizlik, mədəniyyətsizlik etməyib. Amma onu qatar vurandan sonra çox dəyişdi. Hadisə günü çöldə oturub hava alırdım, gördüm kimsə keçdi və Rəcəbin qapısını döyüb içəri girdi. Ondan pis qoxu gəlirdi, yarım saat sonra evdən səs-küy gəlməyə başladı. Elə bil evdə ora bura stol-stul atırdılar. On dəqiqə sonra sakitlik yarandı, səhəri gün günorta bildim ki, Rəcəbin evində belə hadisə baş verib". 

R.Məmmədov ötən iclasda ifadə verərək qətl törətmədiyini deyib: "Həmin gün günorta mən spirtli içki içdim, sonra isə Kristina və Fərhadla kafeyə getdik. Orada onlar içdi, mən içmədim. Evə getdik, orada Fərhad məndən pul istədi, vermədim. Mübahisə etdik, səsimizə qonşular gəldi. Bir də gördüm ki, yerdə uzanmışam, hər yer də qandır. Polisə zəng edib evdə meyit olduğunu dedim. Mən heç ona əl də vurmamışam".

Proses fevralın 2-də davam etdiriləcək. 

Qeyd edək ki, Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov 2016-cı il iyunun 24-də evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi