“Onu tanıyıram, həmişə arxada torba tikir”- - Xatirə

onu-taniyiram-hemise-arxada-torba-tikir-
Oxunma sayı: 2261


“Kimsə öz aləmində hansısa verilişə çıxmağıma və əli nəyə çatırsa, orada  mənə qadağa qoymağa çalışır.  Ona görə Allah dəvəyə qanad verməyib. O adamın kim olduğunu bilirəm. Çünki tanıyıram, həmişə arxada torba tikir.  Bir yerdə çörək kəsmişik, ayıbdır. Səsi, sənəti olan  olan birinə hər yerdə yer var. Boş yerə əziyyət çəkməyin”. 

Əməkdaşımızla söhbətində ifaçı həmin sözləri bir insana ünvanladığını bildirib:

“Mənə hər yerdə  yaşıl işıqdır. Məni tanıyan tanıyır. Sadəcə olaraq verilişə əli çatan insandır. Telekanaldan yox, verilişdən söhbət gedir.  Verlişə əli çatan insan istəyir ayağımdan vursun.  Bu da mənim qulağıma çatdı, çox xətrimə dəydi. Biz birlikdə çörək kəsmişik. “İnstagram”da o şəxsin oxuması üçün yazmışam”.

Könül