Onu Türkiyədə axtarırdı, Bakıda tapdı… – Brilliant Dadaşova

onu-turkiyede-axtarirdi-bakida-tapdi-brilliant-dadasova
Oxunma sayı: 648

Aprelin 6-da xalq artisti Brilliant Dadaşova “Azure” ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə, konsertdə ən sevilən hitlərini ifa edən müğənni səhnədən mərkəzdəki mağazalara da nəzər salırmış. Tamaşaçılarla söhbət zamanı “iPhone 4” mobil telefonu üçün uzun müddətdir çexol axtardığını bildirən müğənniyə özəl hədiyyə olub. Dadaşova bildirib ki, Türkiyədə olduğu zaman qırmızı rəng və üzərində “Ferrari” şəkli olan çexol axtarıb, lakin tapa bilməyib: “Artıq köhnə çexol yarasız haldadır. Bu markanı çox axtarırdım, çox şadam ki, burada tapdım”. Mağaza satıcısı isə sevilən müğənniyə jest edərək. çoxdandır axtardığı çexolu ona hədiyyə edib.