“Onun çıxışı saxta emosiyadan başqa bir şey deyil” - XİN rəsmisi

“Onun çıxışı saxta emosiyadan başqa bir şey deyil”
Oxunma sayı: 791

“Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.
 
O qeyd edib ki, Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir:

“Məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Onun çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil”.
 
H.Hacıyev bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir.
 
“Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb. Bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. Erməni xalqı özü kimilərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır”,- deyə nazirliyin sözçüsü vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi