“Onun köməyinə ehtiyacım yoxdur...” - Rasim Balayev danışdı

“Onun köməyinə ehtiyacım yoxdur...”
Oxunma sayı: 9345

Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib. 

Məşhur aktyor “Qafqazinfo”ya bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:

“Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar. Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram…”

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Ş. Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanılıb.

Daha sonra Rasim Balayevin ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər aldığı qeyd edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi