“Onun meydana çıxmaq ehtimalı var” - Qurban Qurbanov

“Onun meydana çıxmaq ehtimalı var”
Oxunma sayı: 196

“Yaxşı komandaya qarşı oynadıq. Belə oyunda qalib gəlmək bizim üçün xoşdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Topaz Premyer Liqasının ilk turunda səfərdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib.

- Komandamın oyunundan razı qaldım. Amma vaxtımız azdır və qələbə haqda düşünməməliyik. Bütün diqqətimizi növbəti oyunumuza yönəldəcəyik.

- Dani Kintana meydana daxil oldu və yenidən zədələndi. Vəziyyəti necədir?

- Hələ ki, tam fikir bildirə bilmərəm. Dani həmin ayağından zədə alıb. Özü əməliyyat olunduğu nahiyəsinin zədələnmədiyini dedi. Sabah zədəsinə tam aydınlıq gələcək.

- “Kopenhagen” rəsmisi oyunu izləyirdi. Çempionlar Liqasında rəqibiniz olan komandadan nəyisə gizlətməyə çalışmadınız?

- Əfsuslar olsun ki, tam formada deyilik. Ona görə də bütün gücümüzu ortaya qoymalıydıq. Gizlədəsi bir şey yoxdur, rəqiblər bütün oyunlarımızı izləyirlər. Düzdü, növbəti oyunda fərqli heyətlə mübarizə apara bilərik. Amma ciddi dəyişiklik olmayacaq.

- Zədəsi olan Rəşad Sadıqov “Kopenhagen”lə oyuna hazır olacaq?

- Meydana çıxmaq ehtimalı var. Rəşadla yanaşı, Miçel, Riçard və Donaldın da zədəsi var. Amma onlar “Kopenhagen”lə oyuna qədər hazır olmalıdırlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi