“Onun qayınana sözündən xoşu gəlmir”- - İlhamə Quliyevanın gəlini

onun-qayinana-sozunden-xosu-gelmir-
Oxunma sayı: 4168


“Qafqazinfo” gecce.az-a istinadən  xəbər verir ki, İlhamə xanımın oğlu anası barədə sualları cavablayıb. Onun dediyinə görə, xanım İlhamə, Orxanının heç bir istəyini geri çevirməyib. Elə oğlu da bunu təsdiqləyib.

“İlhamə xanımın oğlu olmaq böyük məhsuliyyətdir. Mən cavanlığımı istədiyim kimi keçirmişəm. Anam ilk növbədə dostdur. Hər ana dost olmağı bacarmır. Nəsə etmək istəyəndə həmişə deyib ki, arxanda durmuşam. Allah ona can sağlığı versin”.

Primadonna haqqında gəlini də fikir bildirib.

“İlhamə xanımı mama deyə çağırıram. Oğlumun adını da elə mamam İlhamə xanım qoyub. Onun qayınana sözündən xoşu gəlmir. Mənə ən yaxın insadır. Onun gəlini olmaq çətin deyil. Özümü çox rahat hiss edirəm. Çətinlik görmürəm. Heç bir gileyim yoxdur. Allah can sağlığı versin”.