Onun səsini heç kim eşitməmişdi - 66 il sonra üzə çıxdı+Video

onun-sesini-hec-kim-esitmemisdi
Oxunma sayı: 1750

Meksika Milli kitabxanasının əməkdaşları dünyaca məşhur rəssam Frida Kalonun yeganə səs yazısını tapıblar.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, onun səsini indiyədək heç kim eşitməyib.

Sözügedən səs yazısı 1953-1954-cü illərə təsadüf edən “El Bachiller” radio şousunda lentə alınıb. Burada Kalo əri Dieqo Riverə həsr olunmuş  "Portret Dieqo” essesini səsləndirir.

Meksikanın Mədəniyyət naziri Aleksandr Frausto bildirib ki, səsin Kaloya aid olduğu mütəxəssislər tərəfindən təsdiqlənsə, bu, onun qorunub saxlanılmış yeganə səs yazısı olacaq.

Qeyd edək ki, daha əvvəl Frida Kalonun naməlum əsərinin hərracda 1,8 milyon dollara satıldığına dair xəbər yayılıb.