“Onun sevgisini başa düşürəm...” – - Fuad Muradov

onun-sevgisini-basa-dusurem-
Oxunma sayı: 2608



“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fuad Muradov özünün sosial şəbəkədəki rəsmi səhifəsində Azərbaycanda akkreditə olunmuş diplomatik şəxslərin son günlər sərgilədiyi mövqeyə münasibət bildirərkən yazıb.  “Fransa səfirliyinin son qalmaqallı  viza verilməsi ilə bağlı operativ hərəkəti qəribədir. Halbuki bizim vətəndaşlar ümumi qaydada viza almaq üçün xeyli əziyyət çəkirlər. Səfirliklər Milli Məclisin deputatlarına vətəndaşların müalicəsi və digər məsələlərinin həlli ilə bağlı onların   ünvanladıqları viza müraciətlərinin cavablandırılması üçün 15-20 gün gözləmək lazım olduğunu bildirirlər. Bu o zaman baş verir ki, Azərbaycan Avropa Birliyi ilə sadələşdirlimiş viza almaq haqqında sazişi imzalayıb. Belə yanaşma düz deyil və bəzi səfirliklər Avropa Birliyinin qərarlarına heç hörmət etmirlər”-deyə F.Muradov vurğulayıb. 

Deputat bildirib ki, səfirlər ölkədaxili məsələlərə münasibət bildirməzdən əvvəl  düşünməlidirlər. “Səfirlər danışmazdan əvvəl nəzərə almalıdırlar ki, təmsil etdikləri ölkənin xalqı ilə bizim xalq arasında isti və səmimi münasibətlər var. Onların bu hərəkətləri bəzən bu isti münasibətlərə gölgə salır.”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin son açıqlamalarına toxunan F. Muradov bildirib ki, onun irəli sürdüyü arqumentlər heç bir fakta söykənmir. “Uorlikin ermənilərə sevgisini başa düşürəm. Lakin onun səsləndirdiyi fikirlər Qarabağla  bağlı aparılan danışıqlarda Uolrikin sülh vasitəçisi missiyasına kölgə salır. Biz ümid edirik ki, belə şəxslər  Azərbaycan –ABŞ əlaqələrinə xələl gətirə bilməz”.