“Onun üçün darıxırıq...” - Qəzada ölən Turanənin müəlliməsi

“Onun üçün darıxırıq...”
Oxunma sayı: 3056

“Elə insanlar var ki, yaddaşımızda silinməz iz buraxır. Müəllim olmağın ən gözəl tərəfi onlarla şagirdinin sənə olan sevgisidir. Mən də onları fərqli sevirəm, hərə bir xüsusiyyəti ilə yaddaşımda qalır. Turanə həyat dolu, dəcəl, sevgisini hər zaman gözlərindən oxuduğum sevimli şagirdim idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri sentyabrın 26-da İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələn qəzada həyatını itirən Turanə Kərimlinin biologiya müəlliməsi İlahə Məmmədov deyib. Müəllimə bildirib ki, Turanə ötən illərə nisbətən bu il daha fəal və ictimai həyatda aktiv olub:

“Adını xəbər saytlarından oxudum, qəzadan xəbərsiz idim. Ehtimal vermədim, amma dəqiqləşdirmək üçün özünə yazdım, amma cavab ala bilmədim. Çox çalışqan idi. Ötən il 400 bal civarında toplayırdı, hədəfimiz 500-600 idi. Dərs  ili başlamamış, yazmışdı ki, mənim üçün darıxıb. İndi də biz onun üçün darıxırıq”.

Xatırladaq ki, qəzada dünyasını dəyişən Turanə Kazımova bu il Qaxın Baydarlı kənd tam orta məktəbində 10-cu sinifdə oxuyurdu.

Günel Hacı





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi