Onun uğrunda gedən mübarizəni kim qazanacaq?

onun-ugrunda-geden-mubarizeni-kim-qazanacaq
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, alman klubu “Totenhem”ə Beyl üçün 30 milyon funt-sterlinq təklif edib. Gələn mövsümdən etibarən Pep Qvardiolanın çalışdıracağı klub artıq vaxt itirmədən öz heyətini daha da gücləndirmək niyyətindədir. “Bavariya”dan qabaq isə kral klubu “Real” Madrid, nəyin bahasına olursa olsun, Uelsli futbolçunu transfer etmək istəyir. İspanlar almanlarla müqayisədə Beyl üçün 10 milyon funt-sterlinq artıq, yəni 40 milyon təklif ediblər. Bu qızğın mübarizədən kimin qalib ayrılacağı çox böyük maraqla gözlənilir.

İqbal