“Onun yeri ürəyimdə başqadır…” - Fotolar

onun-yeri-ureyimde-basqadir
Oxunma sayı: 2877

“Çox istərdim ki, əvvəlki kimi indi də maraqlı verilişlər olsun. Onda inanıram ki, hər kəs proqramlara qatılacaq. Burulğan müvəqqətidir”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Sevda Yahyayeva deyib.  O, bu sezon həmkarları tərəfindən təqdim olunan layihələrdən söhbət açıb:

“Biz elə bir dövrə gəlib çatmışıq ki, Murad Arifin gözəl bir sözü var: “İndi klip çəkdirən, iş görən müğənniyə heykəl qoydurmaq lazımdır”. Doğrudan da belədir. Bu durğunluq zamanı layihə təqdim edənləri qiymətləndirmək lazımdır. Bu sezon Günay İbrahimlinin “Can atma” adlı klip və mahnısı fərqli idi və mənim diqqətimi çəkdi. Daha sonra Nura Surinin fotosessiyasını çox bəyəndim, gözəl və baxımlı qadındır.  Aygün Kazımovanın Raufla duet şəklində təqdim etdiyi “Aya” adlı klipini çox bəyəndim. Maraqlı görüntüləri var. Röyanın “Afaki”si haqda demək istərdim ki, klip yaxşı idi, fərqli görünürüdü. Röyanı sevirik, şəxsən mən onu dinləyirəm. Amma “Afaki” oxuduqları mahnılardan fərqli deyildi. Dostluq münasibətini kənara qoyuram, amma mahnı fərqli deyildi. Yəni Röya mahnısı idi”.

Sevda tezliklə fərqli bir tərzdə pərəstişkarlarının qarşısına çıxacağını qeyd edib: “Mən də dəyişəcəm, axtarışdayam. Sadəcə olaraq mahnıların sözlərində məna olmur. Seçim etmək çox çətindir. Təpkilərdən qorxmuram. Əsas odur ki, özünə inanasan. Fərqlilik ilk gündən qəbul olunmayan bilər. Ancaq müğənni öz üzərində işləməlidir. Əsas odur ki, işi özüm bəyənim. Tənqid və tərif ola bilər. Hər kəsin şəxsi fikri var”. 

Müğənni bir müddət əvvəl xalq artisti Faiq Ağayevlə yaşadığı anlaşılmazlığa münasibət bildirib: “Proqramda Zamiq Hüseynov qabardılmışdı. Mən Faiq Ağayev və Namiq Qaraçuxurlunun adını çəkmişdim. Amma düşünürəm ki, daha ad çəkməyəcəm. Suallar veriləndə yan keçəcəm və yaxud hamının adını çəkəcəm. Anlaşılmazlıqdan sonra Faiq Ağayevlə əlaqə saxlamamışam, amma instaqram səhifəmdə məsələyə aydınlıq gətirmişəm. Faiq Ağayevin mənə olan hörmətini, münasibətini bilirəm. Çünki “Yeni ulduz” müsabiqəsində münsiflərdən birinci Ağayev məni dəstəklədi. Onun yeri ürəyimdə başqadır. Bu səbəbdən pis oldum, istəmədim ki, məndən incisin”.