Onunla həbsdə ilk dəfə görüşən Pamela Anderson oldu - Fotolar

onunla-hebsde-ilk-defe-gorusen-pamela-anderson-oldu
Oxunma sayı: 2097

Amerikalı məşhur model, aktrisa Pamela Anderson həbs olunan “WikiLeaks”in qurucusu Julian Assangeni ziyarət edən ilk şəxs olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Belmarsh Cəza Evinə sözügedən portalın redaktoru Kristinn Hrafnssonla birgə gedib. 

Pamela həbsxanaya girərkən üzərinə örtük atıb. Həmin örtükdə “WikiLeaks”in başda ABŞ olmaqla digər dövlət, qurum və şirkətlərin vətəndaşların bilməyi vacib hesab olunan məlumatları yaydığı qeyd olunub. Bununla da o, ifadə azadlığını müdafiə edən mesajlar verib. 

Anderson görüşdən çıxarkən KİV nümayəndələrinin suallarını cavablandırıb. “Onu həbsdə görmək ağırdır. Heç bir zaman şiddəti təbliğ etmədi, Julian məsum bir şəxsdir. Heç bir informasiyaya çıxışı yoxdur, ailəsi, uşaqları ilə görüşə bilmir. Mən isə onunla görüşdüm. Dostuma qarşı belə qərar verilməsi qanunların doğru istifadə olunmamasından irəli gəlir. Balaca bir otaqda saxlanılması isə məsələnin başqa tərəfidir, şok bir şeydir.  Mübarizəni davam edəcəyik, çünki haqq tapdalanır”- deyə aktrisa bildirib. 

Pamela görüşdən sonra sosial şəbəkədə də paylaşım edib. Model qeyd edib ki, həbsxanada vəziyyət gərgindir: “Assange 23 saat balaca otaqda qalır. Qəbuledilməz bir vəziyyətdir. Bir KİV nümayəndəsinin həbs olunması yolverilməzdir”. 

Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O, 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir. Ona 50 həftə həbs cəzası verilib.