“OPEC-in qərarı dünya iqtisadiyyatının xeyrinədir” - Maduro

opec-in-qerari-dunya-iqtisadiyyatinin-xeyrinedir
Oxunma sayı: 1266

Venesuela prezidenti Nikolas Maduro OPEC ölkələrinin neft hasilatını azaltmaqla bağlı qərarını şərh edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Maduro bu qərarın neftin ədalətli və stabil qiymətinin təmin edilməsində böyük rol oynayacağını bildirib. O həmçinin, qeyd edib ki, bu saziş OPEC və OPEC+ ölkələri arasındakı alyansı dəstəkləyir. Maduro hasilatın azaldılmasının dünya iqtisadiyyatının xeyrinə olduğunu deyib. 

Qeyd edək ki, OPEC+ neft hasilatını 1,2 barrel azaltmaq barədə razılığa gəlib.