“OPEK-i məhv etmək planımız yoxdur” - Səudiyyəli nazir

opek-i-mehv-etmek-planimiz-yoxdur
Oxunma sayı: 1124

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih Neft İxrac Edən Ölkələr Birliyini (OPEK) ləğv etmək planlarının olmadığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən nazir The Wall Street Journalın iddialarına cavab verib: “Sizi inandırıram ki, OPEK-i ləğv etmək planımız yoxdur”. 

Qeyd edək ki, qəzetin yazdığına görə, kral Abdullanın adını daşıyan neft araşdırmaları mərkəzi OPEK-in məhv ediləcəyi halda neft bazarını gözləyəcək nəticələri araşdırıb. Nəşr qeyd edib ki, mərkəzin bəzi əməkdaşları Səudiyyə Ərəbistanının enerji naziri və Saudi Aramco şirkətinin məsləhətçiləridir.