OPEK-in iclasının tarixi dəyişdi

opek-in-iclasinin-tarixi-deyisdi
Oxunma sayı: 667

OPEK-ə (Neft İxrac Edən Ölkələr Birliyi) üzv ölkələr və kartelin üzvü olmayan dövlətlər növbəti iclaslarının tarixində dəyişiklik ediblər.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, 25-27 iyun tarixlərində keçirilməsi planlaşdırılan iclas 1-2 iyul tarixlərinə təyin edilib. 

Görüşdə neft istehsalının azaldılması prosesinin uzadılması müzakirə olunacaq.

Xatırladaq ki, ötən ilin dekabrında OPEK-ə üzv ölkələr 2019-cu ilin ilk yarısında günlük neft istehsalını 1,2 milyon barrel azaltmaq qərarı alıb.