OPEK müqavilənin müddətini daha 9 ay uzatdı

opek-muqavilenin-muddetini-daha-9-ay-uzatdi
Oxunma sayı: 765

Bu gün Vyanada OPEK  və təşkilata üzv olmayan bir neçə digər ölkələrin neft və energetika nazirlərinin keçirilən görüşündə neft hasilatının həcminin azaldılması ilə bağlı müqavilənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılıq verilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Omanın neft naziri Məhəmməd Bin Həməd ər Rümhi bildirib. 

Nazir qeyd edib ki, müqavilənin müddəti 2018-ci ilin martından sonra daha 9 ay artırılacaq.