“OPEK neftin qiymətini süni şəkildə qaldırır”

opek-neftin-qiymetini-suni-sekilde-qaldirir
Oxunma sayı: 1082

ABŞ prezidenti Donald Tramp OPEK-i ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri tvitter hesabında yazıb:

“Görünür OPEK köhnə işinə geri qayıdıb. Neftin qiyməti süni olaraq qaldırılıb. Bunda yaxşı heç nə yoxdur və bu, qəbuledilməzdir”. 

Qeyd edək ki, ötən gün İCE London birjasında Brent markalı neft 1,329 faiz bahalaşaraq barreli 74,47 dollar olub. Beləliklə də, 2014-cü ilin noyabrından bəri ilk dəfə olaraq 74 dollara yüksəlib.