“Opel” məktəbin mühafizəçisini vurdu, öldü

“Opel” məktəbin mühafizəçisini vurdu, öldü
Oxunma sayı: 614

Ucarda  piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
 
Ucar rayon sakini Rüstəm Hüseyn oğlu Ağayev idarə etdiyi "Opel" markalı minik maşını ilə yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1958-ci il təvəllüdlü Maarif Əliyyə oğlu Murzəliyevi vurub.
 
Ağır xəsarət alan zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə,  M. Murzəliyevə ilkin tibbi yardım göstərilsə də, o, xəstəxanada ölüb.                                                       
 
Məlumata görə, M. Mirzəliyev şəhər 5 saylı tam orta məktəbdə mühafizəçi işləyib. Hadisədə məhz məktəbin qarşısında baş verib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi