“Optimal”dan möhtəşəm konsert - Fotolar

optimaldan-mohtesem-konsert
Oxunma sayı: 1795

Məişət texnikası, elektronika və mebel sahəsində lider olmağı özünə hədəf qoyan “Optimal” şirkəti 1997-ci ildən etibarən xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdədir.

Daim ilklərə imza ataraq müştərilərini sevindirən “Optimal” 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində Qədim Şəki şəhərində möhtəşəm konsert keçirib.

Konsertin açılış nitqində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyindən bəhs edən Bəstəkar və müğənni Murad Arif, “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır” sözlərini xatırladaraq dahi şəxsiyyətin əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

Şəki şəhəri M.F.Axundzadə parkında baş tutan konsertdə Şəhər şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, minlərlə Şəki sakini iştirak edib.

Murad Arifin ifasıyla davam edən konsert proqramında sevilən ifaçılardan Əməkdar artist Gülüstan Əliyeva, Rüfət Axundov, Roza Zərgərli, Orxan Babazadə, Nazilə Əliyeva, Vaqif Şıxəliyev, Yaşar Cəlilov, Vəfa Şərifova, Vüqar Muradov və Ayaz Qasımov yeni mahnılarıyla pərəstişkarlarını sevindiriblər.

Qeyd edək ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Xəzər TV və “Optimal”ın layihəsi olan Yay Festivalı konsertləri 3 ay boyunca Azərbaycanın bölgələrində məşhur musiqiçilər ilə görüşünüzə gələcəkdir. 
Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaq.

Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”.

Optimal - Keyfiyyəti əlçatan etdik.
Ətraflı: 012 954 / www.optimal.az