Oqtay Əsədov andiçmə mərasimində

oqtay-esedov-andicme-merasiminde
Oxunma sayı: 2175

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Telavi şəhərində bu ölkənin yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində iştirak edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxil olub.
Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.

Oqtay Əsədov həmçinin gürcü xalqını yeni Prezidentin seçilməsi münasibətilə təbrik edib. O deyib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir. Azərbaycan parlamentinin sədri deyib ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. “Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacibdir. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Burada olmağımızdan məmnunuq”.