Oqtay Əsədov Latviyaya gedir

oqtay-esedov-latviyaya-gedir
Oxunma sayı: 666

Bu gün Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə Latviyaya rəsmi səfər edəcək.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə Latviya Seymi məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə deputatlar - Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyəti Latviya Seymində ölkə parlamentinin fəaliyyəti və qanunvericilik yaradıcılığı ilə tanış olacaq. Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri İnara Murniyetse ilə görüşəcək, parlamentlərarası əlaqələri müzakirə edəcək.

Səfər çərçivəsində Oqtay Əsədovun Latviya prezidenti, baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.

Üç günlük səfər zamanı Milli Məclisin nümayəndə heyəti Latviyada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirə də qatılacaq.