Oqtay Əsədov Omanın Dövlət Şurasının sədri ilə görüşdü

Oqtay Əsədov Omanın Dövlət Şurasının sədri ilə görüşdü
Oxunma sayı: 652

 Milli Məclisin sədri Oqtay ƏsədovAzərbaycanda səfərdə olan Oman Sultanlığı Dövlət Şurasının sədri Yəhya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Oqtay Əsədov bildirib ki, Oman Sultanlığı Dövlət Şurası sədrinin səfəri ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Yaxın vaxtlarda Milli Məclisdə Omanla parlamentlərarası əlaqələr üzrə işçı qrupu formalaşdırılacaq.

Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan tədbirin yüksək səviyyədə keçirildiyini deyən Yəhya bin Məhfuz Əl-Munziri xalqımızın qonaqpərvərliyinin onlarda gözəl təəssürat yaratdığını söyləyib. Qonaq bildirib ki, iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Yüksək səviyyəli rəsmilər arasında keçirilən bir sıra görüşlər zamanı ticari-iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. O, əmin olduğunu bildirib ki, qarşılıqlı səfərlər Oman və Azərbaycan arasındakı münasibətlərin genişlənməsinə zəmin yaradacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi