Oqtay Əsədov Zurabişvilinin inauqurasiyasına qatılacaq

oqtay-esedov-zurabisvilinin-inauqurasiyasina-qatilacaq
Oxunma sayı: 1100

Gürcüstanda prezident Salome Zurabişvilinin inauqurasiya mərasimi keçiriləcək.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, andiçmə mərasimi dekabrın 16-da Kaxetiyada təşkil olunacaq. Bu barədə xarici işlər nazirinin müavini Xatun Totladze bildirib. Totladzenin sözlərinə görə, inauqurasiyada 20 ölkə və 16 beynəlxalq təşkilatdan 150 nəfər iştirak edəcək.

Gürcüstan prezidentinin andiçməsinə Azərbaycandan spiker Oqtay Əsədov qatılacaq.