Oqtay Şirəliyev də tapşırıq verdi

oqtay-sireliyev-de-tapsiriq-verdi
Oxunma sayı: 2566

Səhiyyə Naziri Oqtay Şirəliyev sabahkı hava ilə bağlı iri tibb müəssisələrinin rəhbərlərinə tapşırıqlar verib. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu məqsədlə nazir respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşüb.  

Onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Hazırda tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.