“Oranın da Azərbaycan torpaqları olduğunu nəzərə alın” - - Şeyx

“Oranın da Azərbaycan torpaqları olduğunu nəzərə alın” -
Oxunma sayı: 780


Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran Sərhəd Polisinin nümayəndə heyəti ilə görüşündə bildirib. A.Paşazadə deyib. "Xahiş edirəm ki, siz Azərbaycanın sərhədləri deyəndə, düşünəndə Qarabağ, işğal olunmuş torpaqları da hesablayasınız. Oranın da Azərbaycan torpaqları olduğunu daim nəzərə alasınız".

Şeyxülislam qeyd edib ki, İranla Azərbaycan arasında əlaqələr, xüsusilə də din sahəsində hər zaman yaxşı olub: "İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin az müddət əvvəl ölkəyə gəlməsinə baxmayaraq xeyli işlər görüb".

QMİ sədri İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani ilə xoş münasibətlərindən bəhs edib, İran Prezidenti ilə son görüşünün xeyli məhsuldar keçdiyini vurğulayıb: "İran həm iqtisadi, həm də mənəvi cəhətdən inkişaf edir".

İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari də görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunub: "Bizim arzumuz odur ki, Qarabağ problemi qan tökülmədən, sülh yolu ilə həll olunsun".
O, qeyd edib ki, müsəlmanlar yaşayan bütün ölkələrdə onlara qarşı təcavüzü pisləyirlər: "Biz hərbçi olmamışdan əvvəl müsəlmanıq və müsəlman qardaş-bacılarımızın başına gələnlər bizim ortaq dərdimizdir".

H.Zülfiqari vurğulayıb ki, region ölkələrinin ümumi problemləri mövcuddur: "İran hər ay öz sərhədlərində 1500-ə yaxın qeyri-qanuni silah keçirilməsinin qarşısını alır, sərhədi qanunsuz keçməyə cəhd edən 2600-ə yaxın qeyri-qanuni mühacir saxlanılır. Bir qrup insan fəlakət törədir və biz bununla mübarizə istiqamətində bütün qüvvələri cəmləşdirməliyik". /Trend/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi