“Oranın sahibi mən idim” - Şahid

“Oranın sahibi mən idim”
Oxunma sayı: 2015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə digər təqsirləndirilən Fərid Sadıqov şahid kimi dindirilib.

O bildirib ki, şirkətin faktiki rəhbəri olub: “Məmməd Vəliyev obyektin rəhbəri idi, amma bu sənəd üstündə idi. Onu mən direktor təyin etmişdim. Təcrübəmiz yox idi deyə Məmməd müəllimi çağırdıq ki, zavodu qursun. Oranın sahibi mən idim, hər şey mənə məxsus idi. Məmməd Vəliyev işçiləri götürürdü, axırda qərarı mən verirdim”.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi