“Oranın vəziyyəti ürəyəyatan deyil”

oranin-veziyyeti-ureyeyatan-deyil
Oxunma sayı: 2454

“Son Davos iqtisadi forumunun hesabatına görə, Azərbaycan dünyada əqli mülkiyyətin qorunması ilə bağlı 36-cı yeri tutur. Bu, çox böyük nailliyyətdir” 

“Qafqazinfo” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov parlamentdə büdcə müzakirələrində deyib. Kamran İmanov qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi planlaşdırılıb. “Yəni, bir tərəfdən Müəllif Hüquqları Agentliyi, digər tərəfdən ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent və əmtəə nişanları mərkəzi və nəhayət Agentliyin nəzdində olan əqli mülkiyyət hüquqlarının qorunması və Azərbaycanın 1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanası birləşdirilib. Respublika Elmi-Texniki Kitabxanası istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati hüquqi forma daşıyır. Yəni, publik hüquqi şəxsdir. Bu da tərəqqi idarə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən rəhbərlərə və bu strukturlara yeni imkanlar yaradır”. 

Qurum rəhbəri bildirib ki, yalnız Maliyyə Nazirliyi tərəfindən Əqli Mülkiyyət Agentliyi işçilərinin maaşları verilir. “Bu maaşlar dövlət qulluqçularına bərabər götürülür. Digər strukturlar isə özünü maliyyələşdirən strukturlardır. Respublika Elmi-Texniki Kitabxanası 1930-cu ildən fəaliyyət göstərir. Amma oranın vəziyyəti bir o qədər də ürəyəyatan deyil. Hazırda dövlət başçısının səyləri nəticəsində kitbaxanaya böyük bir bina verilib. Köçmələrə görə məhv olmuş nüsxələr, kitablari bərpa etmək, yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır”.

Günel Türksoy