Ordu Afrinin şimalına girdi

ordu-afrinin-simalina-girdi
Oxunma sayı: 1718

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2059-a çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ümumilikdə 58 terrorçu canlı ələ keçirilib.

Bu gün ərzində 38 terrorçu məhv edilib.

Bundan başqa, Afrinin şimal-qərbindəki Karmanluk və Aşağı Sinara ilə Yuxarı Sinara kəndləri də azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 20-si strateji yüksəklik, 87-si kənd olmaqla ümumilikdə 115 məntəqə terrorçulardan təmizlənib.

Hazırda Suriya sərhədində yerləşən hərbi dəstələrə əlavə məqsədilə göndərilən Xüsusi Təyinatlı Jandarm və Polis dəstələri Türkiyənin Hatay vilayətinin Hassa qəsəbəsindən Afrinin şimal bölgəsinə girib.