Ordu daha bir şəhid verdi- - Prezidentlərin görüşü ərəfəsində

ordu-daha-bir-sehid-verdi-
Oxunma sayı: 5888


“Qafqazinfo” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 9-da ermənilərin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Allah Rəhmət eləsin!