Ordumuz əleyhinə aparılan kampaniyalarla bağlı- - Rəsmi açıqlama

ordumuz-eleyhine-aparilan-kampaniyalarla-bagli-
Oxunma sayı: 1924


“Qafqazinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan ordusuna qarşı hər hansı kampaniyadan belə söhbət gedə bilməz: “Ordu hamımızın güvənc yeri, qürur mənbəyidir”,- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olub.

Xatırladaq ki, bir neçə gün öncə bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını cəbhə xəttinə yığır” kimi yazılar dərc olunmuşdu. Həmin vaxt Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirərək bunları təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanmışdı.

Məsələ o zaman bir sıra yerli ekspertlər tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı yönəldilmiş kampaniya kimi dəyərləndirilmişdi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bunları kampaniya kimi yox, qeyri-səhih jurnalistika məhsulu kimi dəyərləndirir.