Ordumuz yeni silahları sınaqdan çıxardı - - Video

ordumuz-yeni-silahlari-sinaqdan-cixardi-
Oxunma sayı: 3246


Cəbhənin ön xəttində ordunun döyüşə hazırlıq səviyyəsi yoxlanılıb. Əvvəlcə Silahlı Qüvvələrin raket və artilleriya birləşmələrinə həyacan siqnalı ilə verilərək döyüş vəziyyətinə gətirilib. Daha sonra müdafiə naziri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun atışlar icra edilib.

Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb. Raket və artilleriya qoşunlarının hərbi hissəsində döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıblar. 

Cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir. Bütün bu yoxlama və döyüş atışları Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən aparılır. (ANS)