Ordumuzda faciə

ordumuzda-facie
Oxunma sayı: 662

APA-nın məlumatına görə, hadisə dünən Şəmkir hərbi birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. İlkin məlumata görə, Azərbaycan Ordusunun əsgəri Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Taleh Valeh oğlu Qarabəyova dəyib. Nəticədə T. Qarabəyov aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə zamanı dünyasını dəyişən T. Qarabəyov Balakən, Ç. Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib.