Orinoko çayında gəmi qəzası olub - Ölən və itkin düşənlər var

orinoko-cayinda-gemi-qezasi-olub
Oxunma sayı: 796

Kolumbiya və Venesuela sərhəddindəki Orinoko çayında iki gəmi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nacional” portalı məlumat yayıb.

Məlumata əsasən, insident çərşənbə axşamı baş verib. Venesuelanın Lusera limanından Kolumbiya istiqamətində hərəkət edən iki gəminin sualtı qayalıqlarla toqquşduğu bildirilir.

Axtarışlar nəticəsində 5 nəfərin cəsədi tapılıb. Daha 10 nəfəri hələ də itkin düşmüş hesab edilir.

Ümumilikdə 8 gəmi və 80 nəfər axtarış və xilasetmə işlərinə cəlb olunub.