Orqanik qarpız və yemiş satışa çıxarılıb

orqanik-qarpiz-ve-yemis-satisa-cixarilib-
Oxunma sayı: 2467

“Azersun Holding” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, istehsaldan istehlaka qədər hər mərhələsi izlənən sertifikatlı əkinçilik ən saf məhsulun yetişdirilməsində yeganə üsuldur. Orqanik əkinçilik təcrübəsini tətbiq edən Natural Greenland kənd təsərrüfatı kompleksi ərazidə təbii gübrə istehsalını da həyata keçirməkdədir. Heç bir kimyəvi preparatlardan istifadə olunmadan yetişdirilən orqanik məhsullara olan tələb, dünyada xüsusilə də Avropada daha böyükdür. Biləsuvarda Azərsun Holdinqin tərkibində fəaliyyət göstərən Natural Greenland müəssisəsi də orqanik əkin sahələrini genişləndirməyə başlayıb.

Yetşidirlmiş 100 faiz təbii qarpız və yemiş məhsulu Ramstor Mağazalar şəbəkəsinin Xətayi, Gənclik və Şüvəlandakı mağazalarında bayram süfrənizə təklif olunur.

Nigar Məmmədli