Orta məktəb müəlliməsi qarət olundu

orta-mekteb-muellimesi-qaret-olundu
Oxunma sayı: 650

Bakının Nizami rayonu ərazisində orta məktəb müəlliməsi cinayətkarların hücumuna məruz qalıb. Hadisə səhər saatlarında rayonun Rüstəm Rüstəmov küçəsi 54 ünvanında, mənzil 104-də baş verib. 110 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyən Fərqanə Eyyubova övladı ilə mənzilin qapısını bağlayıb çıxan zaman dörd nəfər naməlum şəxs onu içəri salaraq evin altını üstünə çeviriblər. Naməlum oğrular mənzildən 1000 manat pul, 4500 manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar. Bütün hadisələr zərərçəkmişin azyaşlı övladının gözləri qarşısında baş verib. Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən şəxsləri axtarır. Faktla bağlı cinayət məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.


anspress