Orta məktəb şagirdləri hicab geyinə biləcəklər

orta-mekteb-sagirdleri-hicab-geyine-bilecekler
Oxunma sayı: 669

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə İmam Xətib liseylərindən qeyri orta məktəblərdə keçirilən Quran dərslərində də şagirdlər başıörtülü iştirak edə biləcəklər.

Belə ki, Türkiyə Milli Təhsil Nazirliyinin apardığı islahatlarla 4+4+4 formatında 12 illik təhsil sisteminə dair hazırlanan kitabçada şagirdlərin istədikləri təqdirdə ölkənin bütün məktəblərində Quran dərslərində başıörtülü şəkildə iştirak edə biləcəkləri qeyd olunub.

Habelə yeni islahatlarla 5 yaşı olan uşaqlar birinci sinfə qəbul olunacaqlar.